Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Axşam saat 23-dən əvvəl yatmaq nə üçün vacibdir? 

Əgər insan gec yatırsa, o zaman səhər gec oyansa belə orqanizmin bərpa olunmağa vaxtı olmur...

Axı bioritmlərə görə yuxunun ən vacib mərhələsi saat 23:00-da başlayır.

Poliqon lent.az-a istinadən bildirir ki, alimlər müəyyən ediblər ki, insan bioritmlərinə görə ən faydalısı təxminən axşam saat 23-dən gecə saat 1-ə kimi yuxudur. Bu zaman orqanizm sağalır, cavanlaşır, stressdən xilas olur və iltihabla mübarizə aparır.

Bu qənaətə Hindistanın REVA Universitetinin alimləri gəlib.

Ekspertlərin sözlərinə görə, saat 23:00-də yavaş yuxu mərhələsi başlayır və bu müddət ərzində orqanizmdə mühüm proseslər baş verir. Bu vaxta qədər yuxuya getməyi öyrənsəniz, bir neçə həftədən sonra gün ərzində daha şən və aktiv olduğunuzu görəcəksiniz, zaman keçdikcə bu rejim daxili orqanların düzgün fəaliyyətini bərpa edəcək, beyin funksiyalarını yaxşılaşdıracaq və hətta səni daha gözəl edəcək.

Alimlər eyni zamanda uzun müddət gecə yarısından sonra yatsanız nə olacağını söyləyiblər.

Fəallıq. Gec yuxuya getmək, gücünüzü əlinizdən alır və səhər sizin üçün şübhəsiz ki, çətin olacaq. Və əksinə, orqanizmin istirahət etməyə vaxtı nə qədər çox olarsa, növbəti gün bir o qədər aktiv və məhsuldar olacaqdır.

Emosional vəziyyət. Gec ayağa qalxan insanların depressiyaya düşmə ehtimalı daha yüksəkdir. Alimlər məsləhət görürlər ki, əgər kabus görsəniz, tez yatmağa çalışın. Xüsusilə, insan istirahət etmədikdə, o zaman stress hormonunun səviyyəsi yüksəlir. Kifayət qədər yatsanız, əhvalınız daha yaxşı olacaq.

Çəki və bədən quruluşu. Yuxunun olmaması toxluq hissi üçün cavabdeh olan hormonların istehsalını pozur. Orqanizm şiddətli aclıq yaşayacaq və yemək yemək prosesi həddindən artıq yeməyə çevrilir

Xəstəliklər. Tükənmiş orqanizm patogen bakteriyalara çox həssasdır. Vaxtında yatmaqla siz immunitet sisteminizi gücləndirmiş olursunuz.

Xarici görünüş. Yuxu dəri hüceyrələrinin yenilənməsini təşviq edir. Buna görə də, az yatan insanların üz rəngi adətən solğun olur.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Tarif Şurası Aİ 92 benzininin qiymətini qaldırdı

Le Penin qazandığl, Makronun uduzduğu fransız seçkiləri...

Türkiyədə restoranda partlayış zamanı 5 nəfər ölüb, 63 nəfər yaralanıb

Od tutub yanan mövsüm meyvələri... - Və onlara edilən əcaib “endirim” kampaniyaları...

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?

Makronun həyat yoldaşı parlament seçkilərində səs verərkən səhvə yol verib

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il olacaq

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

Ən çox oxunanalar